“Barselona”nın idman direktoru Deku komandanın yarımmüdafiəçisi Dani Olmonun nümayəndəsi ilə bir araya gəlib.
İdmanxeber.az-ın məlumatına görə, görüşdə futbolçunun son çıxışları və gələcək planları müzakirə olunub.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində 8 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Olmo ötən yay “Barselona”ya transfer olunub və onun klubla müqaviləsi 2030-cu ilin iyununda başa çatacaq.