AZ

Samuxda qanvermə aksiyası keçirilib - FOTOLAR

Samux rayonunda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib. SİA-nın bolgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, Samux Rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən aksiyada tədarük olunan qan ehtiyatından hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə edilməsi nəzərdə tutulub.

Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Aksiyada 100-dən çox sakin iştirak edib.

Seçilən
11
3
sia.az

4Mənbələr