AZ

Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş sənədli film hazırlanıb

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) yaranmasının 100 ili tamam olur.

XQ xəbər verir ki, kitabxananın 100 illiyi ilə əlaqədar “Mədəniyyət” televiziyası tərəfindən “100 illik tarix” adlı sənədli film hazırlanıb.  

Sənədli filmə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Mek-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, kitabxananın əməkdaşları və oxucular çəkilib.

MEK-in tarixi, fondları, missiyası və hədəfləri haqqında məlumatları özündə əks etdirən sənədli filmdə video və fotoxronikalardan, arxiv materiallarından istifadə olunub.

Aşağıdakı linkə daxil olaraq, sənədli filmlə yaxından tanış ola bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr