AZ

Nəfəsdən etiraf: İllərlə övladımdan ayrı qalmışam

Müğənni Nəfəs açıqlaması ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, o, illərlə övladından ayrı qaldığını etiraf edib.

"Bir müddət böyük oğlum Muradın üzünə həsrət qalmışdım. Bunu bütün yaxınlarım bilir. Valideynlərin ayrılma qərarlarının bədəlini övladlar ödəyir. Oğlumun biri məhkəmə qərarı ilə atasının yanında, digəri isə mənimlə qaldı. Övladımı təkcə altı-bazar görmək istəmirdim. Hər gün yanımda olmağını istəyirdim. Çətin dönəmlər idi. Oğluma sarılıb yata bilməmək izahsızdır. Onun qoxusunu digər oğlumdan ala bilmirdim. Özümə söz verdim, gec oldu, amma güc oldu. Çox şükür ki, hazırda ikisi də yanımda qalır, təhsil alırlar. İnşallah ki, universitetə də yola salacağam", - deyə Nəfəs bildirib.

Seçilən
13
1
publika.az

6Mənbələr