AZ

HƏMAS Trampın 20 maddəlik sülh planınını qəbul edəcək? “BBC” açıqladı

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik Qəzza sülh planına HƏMAS-ın verəcəyi cavab dünya ictimaiyyətində böyük maraq doğurub. 

"BBC"-nin xəbərinə görə, təşkilatın yüksək vəzifəli nümayəndəsi planın böyük ehtimalla rədd ediləcəyini açıqlayıb.

Sözügedən plan Qəzzadakı müharibənin sona çatdırılmasını və qalan 48 girovun azad edilməsini nəzərdə tutur. Tramp qərar üçün HƏMAS-a 3–4 gün vaxt vermişdi.

HƏMAS rəsmisi "BBC"-yə bildirib ki, sənəd İsrailin maraqlarına xidmət edir və Fələstin xalqının mənafeyini nəzərə almır. O, həmçinin təşkilatın silahı yerə qoymaqdan və təslim olmaqdan imtina etdiyini vurğulayıb.

HƏMAS planın şərtlərindən biri kimi göstərilən “Beynəlxalq Sabitlik Qüvvəsi”nin Qəzza zolağında yerləşdirilməsini də qəti şəkildə rədd edir.

Donald Tramp isə açıqlamasında HƏMAS-ı açıq şəkildə hədələyib:“Cavab üçün 3-4 gün veririk. Əgər razılaşmanı rədd etsələr, İsrail lazım olanı edəcək”.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
azpolitika.info

1Mənbələr