Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Doğru.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, 2025-2026-cı tədris ilində idarənin tabeliyindəki 295 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 502 uşaq qeydiyyatdan keçib.
Dövlət məktəblərində məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ təşkil olunur. Dərslər “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” fənlərini əhatə edir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşmasını təmin etmək və onların ünsiyyət, birgə fəaliyyət bacarıqlarını inkişaf etdirməkdir.
DOĞRU.AZ