AZ

Biləsuvarda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu- FOTOLAR

Biləsuvarda 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

News365.az xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon prokuroru Ramin Nağdəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə tər çiçəklər düzüblər. Tədbir zamanı çıxış edən rəsmi şəxslər prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, 1 oktyabr tarixi 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis olunub. Məhz Ulu Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib, bu sahədə müasir və səmərəli hüquq-mühafizə sistemi formalaşıb.

Hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı bu sistemin fəaliyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradır. Prokurorluq orqanları ölkədə hüququn aliliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində mühüm rol oynayır.




Seçilən
11
news365.az

1Mənbələr