AZ

Nağdsız əməliyyatlar vergidən yayınmanın qarşısını alır İqtisadçı

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. Plastik kartlardan istifadənin genişlənməsi nağdsız ödənişlərin artmasına rəvac verir. Nağdsız ödənişlər kölgə iqtisadiyyatının aradan qaldırılmasında müstəsna rol oynayır. Bu səbəbdən də nəğdsiz əməliyyatların artmasında fayda var”.

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, iqtisadiyyatın liberallaşmasında önəmli rola malik olan nağdsız ödənişlər vergidən yayınmanın qarşısını alır:

“Kredit kartlarının genişlənməsi, şərtlərin uyğunluğu və güzəştlər ondan istifadə edənlərin sayını artırır. Eyni zamanda kredit kartları ilə ödənişlərdən sonra ödənişin müəyyən faizinin kəşbek olaraq karta geri qayıtması da əhalinin nağdsız ödənişlərə marağını  artırır. Qeyd edim ki, nağdsız ödənişlər vergidən yayınmanın qarşısını alır. Ona  görə də əhali arasında nəğdsiz ödənişlərin üstünlükləri ilə bağlı təbliğat aparılmalıdır ki, onlar bank kartlarından daha çox istifadə etsinlər”.

Sevinc QARAYEVA

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
525.az

1Mənbələr