“Liverpul”un əsas qapıçısı sıradan çıxıb
İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” ciddi itki ilə üzləşib. Komandanın braziliyalı qapıçısı Alisson Bekker zədələnib.
O, Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”la səfər matçının (1:0) 58-ci dəqiqəsində meydanı tərk edib və yerini Giorgi Mamardaşviliyə verib.
Məlumata görə, Alisson İngiltərə Premyer Liqasının 7-ci turunda keçiriləcək “Çelsi” ilə oyunda forma geyinməyəcək.