AZ

Magistratura və iş təcrübəsi: hansı öncə gəlməlidir?

Bakalavr təhsilini başa vuran tələbələr üçün ən çox verilən suallardan biri budur: dərhal magistraturaya davam etmək daha məqsədəuyğundur, yoxsa müəyyən müddət iş təcrübəsi topladıqdan sonra oxumaq faydalıdır?

Bu seçim sadəcə şəxsi qərar deyil, həm də gələcək karyera və akademik inkişafla birbaşa bağlıdır. 

Mövzu ilə bağlı AZEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanlı hesab edir ki, seçim şəxsin akademik məqsədlərinə və gələcək karyera planına bağlıdır.

Fasiləsiz magistratura akademik yüksəlişin açarıdır

"Əslində, burada əsas rolu ölkələr, onların qanunvericiliyi, yaşayış və təhsil şərtləri oynayır. Bizdə xüsusilə oğlan tələbələr üçün təhsildə fasiləsizlik hərbi xidmətdən möhlət üçün əhəmiyyətlidir. Çünki məzun olduqdan sonra magistratura təhsilinə başlamazlarsa, hərbi xidməyə gedirlər.

Məsələn, bir çox ölkələrdə, o cümlədən Almaniya kimi ölkələrdə, şagirdlər bakalavr təhsilini bitirməmişdən əvvəl bir neçə il əmək fəaliyyəti ilə məşğul olurlar. Sonra ehtiyacına uyğun olaraq ali təhsil almağı seçirlər. Əgər akademik fəaliyyət əsas məqsədidirsə, təhsil fasiləsiz və magistratura dərhal bakalavrı bitirdikdən sonra alınsa daha məqsədəuyğundur. Bu, daha tez PhD mövzularına qoşulmaq, elmi tədqiqatlar aparmaq və akademik göstəricilərdə irəliləmək üçün əlverişlidir".

İş təcrübəsi magistraturanı daha məqsədəuyğun edir

"Əksinə, akademik məqsəd güdməyən magistratura üçün daha məqsədəuyğundur ki, əvvəlcə əmək fəaliyyətinə başlanılsın. İş təcrübəsi əsasında müəyyən boşluqlar və ehtiyaclar müəyyən edildikdən sonra magistratura təhsili ilə bu çatışmazlıqlar aradan qaldırılsın.

Bir çox insanlar bir neçə il iş təcrübəsi qazandıqdan sonra magistraturaya başlayanda, nəyi oxumaq lazım olduğunu, hansı dərsləri seçməli olduqlarını və hansı sahələrdə boşluqların olduğunu daha yaxşı bilirlər. Qərb ölkələrinin bir çoxunda diplom sistemi belə qurulub: 3 il bakalavr, daha sonra 1 il iş təcrübəsi, sonra magistratura müdafiəsi və diplom verilir. Bu sistem təcrübəyə, praktik bacarıqlara və bazar yönümlü təhsilə əsaslanır, əzbərçilikdən və formal nəzəri təhsildən uzaqlaşmağa imkan verir".

Seçilən
24
azedu.az

1Mənbələr