AZ

Millimizin Fransa ilə oyununun biletləri satışda

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa – Azərbaycan və Ukrayna – Azərbaycan oyunlarında milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Sportal.az xəbər verir ki, Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 AZN-dir. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılmış J sektoruna biletlərin qiyməti 45 AZN təşkil edir.

Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlanacaq.

Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.

Oyunlara biletləri aşağıdakı linklərə keçid edərək əldə edə bilərsiniz:

https://iticket.az/events/sport/france-azerbaijan/177540 (Fransa - Azərbaycan)

https://iticket.az/events/sport/ukraine-azerbaijan/175838 (Ukrayna - Azərbaycan)

saytlarin hazirlanmasi

Seçilən
19
18
sportal.az

10Mənbələr