AZ

Bu şəxslərin NƏZƏRİNƏ: Ölkədən çıxışınıza qadağa qoyula bilər…

Son vaxtlar kredit müqavilələrinə zamin duran şəxslərin də borcalan kimi məsuliyyət daşıyıb-daşımadığı, xüsusilə, onların ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması gündəmə gəlib. Maraqlıdır, kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a iqtisadçı ekspert Əkrəm Həsənov açıqlama verib. Onun sözlərinə görə, həm borcalan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər:

Əkrəm

“Əgər zamin və ya borcalan borcu ödəmək imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər. Amma təcrübədə buna çox vaxt fikir vermirlər. Ödəniş qabiliyyətindən asılı olmayaraq, icra məmurları məhkəməyə müraciət edir. Məhkəmə isə adətən həmin təqdimatı təmin edərək ölkədən çıxışa məhdudiyyət qoyur. Halbuki, bu, qanunsuzdur. Qanuna görə, yalnız üzrsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyulur. Əgər vətəndaşın pulu yoxdursa, bu üzrlü səbəb sayılır”, – deyə ekspert vurğulayıb.

Əkrəm Həsənov əlavə edib ki, icra məmuru yalnız vətəndaşın ödəniş qabiliyyəti olduğu halda belə təqdimat verməlidir. Lakin bir çox hallarda bu prinsip pozulur.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
10
1
konkret.az

2Mənbələr