AZ

YeniSƏN qadınların şəxsi inkişaf forumu keçiriləcək

Müasir dövrdə dəyişikliklərə uyğunlaşmağın yeganə yolu yenilənməkdir. Xüsusilə də cəmiyyətin aparıcı qüvvəsi olan xanımlar öz inkişafı ilə həm ailəsinə, həm də gələcək nəslin formalaşmasına töhfə verməlidir.

E-saglam.az xəbər verir ki, Müasir dövrdə dəyişikliklərə uyğunlaşmağın yeganə yolu yenilənməkdir. Xüsusilə də cəmiyyətin aparıcı qüvvəsi olan xanımlar öz inkişafı ilə həm ailəsinə, həm də gələcək nəslin formalaşmasına töhfə verməlidir.

Bunu nəzərə alaraq «YeniSƏN» qadınların şəxsi inkişaf forumuna start veririk. Forumun məqsədi xanımları müxtəlif sahələrdə uğur qazanmış mütəxəssislərlə görüşdürmək, sağlam qidalanma, karyera, təhsil, hüquq, psixologiya və maliyyə mövzularında maarifləndirməkdir.

Uğurlu biznes xanımları da öz təcrübələrini bölüşəcək. Tədbirdə iştirakçıları faydalı məlumatlarla yanaşı müxtəlif hədiyyələr və sürprizlər gözləyir.

Əvvəlki tədbirlərdə olduğu kimi, bu dəfə də dövlət qurumları və qadınların inkişafına dəstək verən təşkilatlar forumun rəsmi tərəfdaşları olacaq.

Məkan: Nizami Kino Mərkəzi

Tarix: 25 oktyabr, saat 09:30

E-saglam.az

Seçilən
15
e-saglam.az

1Mənbələr