Ötən gün Bakıda müğənni Murad Arifin konserti olub. "3:0" adlı konsertə sadə vətəndaşlarla yanaşı, məşhurlar da axın ediblər. Kimisi bacısı ilə, kimisi oğlu ilə, kimisi isə qızı ilə konsertə təşrif buyurub.
BAKU.WS sözügedən məşhurları təqdim edir:
Məşhur aparıcı Rövşanə Ağasəfqızı Murad Arifin konsertinə qızı Aylinlə gəlib.
Müğənni İradə ibrahimova "3:0" adlı konsertə stilist və vizajist Nigar İbrahimova ilə gəlib.
Əməkdar artist Dilarə Əliyeva ilə mərhum Əməkdar incəsənət xadimi Oqtay Əliyevin qızı Banu Əliyeva isə konsertə yaxın rəfiqəsi ilə gəlib.
Uzun müddətdir efirlərə çıxmayan müğənni Ayaz Qasımov isə konsertə oğlu ilə təşrif buyurub.