AZ

Paytaxt üzrə 21 min 502 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ-ə bildirilib ki, 2025-2026-cı tədris ilində idarənin tabeliyindəki 295 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 min 502 uşaq qeydiyyatdan keçib.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.

Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

 

Seçilən
17
41
tehsil.biz

10Mənbələr