AZ

Məşhur general təqaüdə göndərildi

Ajans.az xəbər verir ki,bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib. Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub. Xatırladaq ki, Həzi Aslanov 1965-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. General-mayor H.Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 2019-cu il noyabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunmuşdu. Prezident İlham Əliyevin 30 iyun 2006-cı il tarixli sərəncam ilə Həzi Aslanova polis general-mayoru rütbəsi verilib. Dövlət başçısının 1 iyun 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

O, məşhur Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsidir.(yenisabah)

Seçilən
9
25
Ajans.az

10Mənbələr