AZ

Millimiz III MDB Oyunlarının finalında

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 71 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 79-cu dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.

Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

Edqar Ədilxanov əməliyyat olunub

III MDB Oyunları: Azərbaycan stend atıcılığında daha üç medal qazandı

Braziliyalı yarımmüdafiəçi "Səbail"də - RƏSMİ

Ayxan Abbasov: “Millidə işləmək böyük şərəfdir”

Elmir Tağıyev: “Kosovo çempionatının səviyyəsi çox yaxşıdır”

Seçilən
16
8
apasport.az

10Mənbələr