AZ

Əfqanıstan əhalisi internet əldə etmək üçün sərhədə axın edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstan əhalisi internet əldə etmək üçün Pakistan sərhədinə doğru axın edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda sakinlərin yolboyu maşından düşərək şəbəkə axtardıqları görünür.
Qeyd edək ki, "Taliban" "əxlaqsızlığın qarşısını almaq" məqsədilə bütün ölkədə internet rabitəsini ləğv edib. Bağlantının kəsilməsi aviasiya, bank, ticarət və media yayımı daxil olmaqla həyati əhəmiyyətli xidmətlərin fəaliyyətinə ciddi təsir göstərib.
Artıq Kabildə beynəlxalq hava limanı uçuşları dayandırıb. Aviaşirkətlər əlaqə imkanları olmadan uçuşları koordinasiya edə bilmədikləri üçün fəaliyyətlərini müvəqqəti dondurublar.
Seçilən
36
50
oxu.az

10Mənbələr