AZ

Muxtar Babayev Urmiya gölünün qurumasından danışdı

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

İranda yerləşən Urmiya gölünün quruması səbəbindən yüzminlərlə insan başqa şəhərlərə köçür.

"Unikal" xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, göl və dənizlərin quruması səbəbindən onların ətraf ərazilərində yaşayan insanlar kəndlərə yox, məhz şəhərlərə üz tutur, bu da şəhərlərdə sıxlıq yaradır:

"Milyonlarla insan şəhərlərdə məskunlaşıb. Çünki artıq məşğuliyyəti itiriblər. Özbəkistan və Qazaxıstan arasında vaxtilə böyük göl olan Aralın 80 faizdən çoxu quruyub. Oradakı insanların əksəriyyəti şəhərlərə köçüb. Bu da o deməkdir ki, iqlimin neqativ təsirləri miqrasiya prosesinə gətirib çıxarır. Bu, ciddi problemdir".

M.Babayev qeyd edib ki, su daşqınları zamanı da yüzminlərlə insan köç edir: "Hətta həmin ərazilərdə yenidən həyat bərpa olunanda insanlar yenidən o ərazilərə köçmürlər. Çünki artıq yeni həyata adaptasiya olurlar. Şəhərlər böyüyür, amma insanlara göstərilən xidmət səviyyəsi artmır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
5
unikal.az

8Mənbələr