AZ

"Qalatasaray"a məğlubiyyət sürpriz deyil" - "Liverpul"un müdafiəçisi

"Liverpul"un müdafiəçisi İbrahima Konate UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Qalatasaray"la matçından (0:1) sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü Türkiyə klubuna məğlub olmağın sürpriz nəticə sayılmadığını deyib:

"Qalatasaray"a məğlubiyyət sürpriz deyil. İstanbul klubu çox güclü rəqibdir, onlara qarşı oynamaq çətindir. Çılğın azarkeşləri və stadionlarının möhtəşəm atmosferi var. Bunları bilirdik. Amma məyusuq. Bir penaltiyə görə məğlub olduq. Bunun penalti olub-olmadığına əmin deyiləm. Mövsümün qalan hissəsinə köklənməliyik".

saytlarin hazirlanmasi

Seçilən
14
1
sportal.az

2Mənbələr