AZ

“Mən harada işləmişəmsə… Çempion olmaq istəyirik”

«Bu komanda yeni yığılıb, bizə bir qədər vaxt lazımdır».

«Mingəçevir»in baş məşqçisi Ramiz Məmmədov Sportinfo.az-a açıqlamasında belə deyib.

«İşıqçılar» I Liqanın ilk 3 turunda 6 xal toplayıb. Turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan region təmsilçisi medallar uğrunda mübarizə aparmaq iddiasındadır.

Təcrübəli mütəxəssisin bildirdiyinə görə, düşərgəyə cəlb olunan futbolçular tədricən optimal formaya çatacaqlar:

«Mən bura gələndə düşərgədə bir oyunçu da yox idi. İşə sıfırdan başlamalı olduq.

Heyəti yavaş-yavaş yığdıq. İndi komandamızın əsasını gənclər təşkil edir.

Birinci Liqa spesifik çempionatdır. İştirakçıların hamısı mübariz komanda formalaşdırıb.

Heç bir oyun asan keçmir. Çempionluğa iddialılarla çempionatda qalmağı hədəfləyən komandalar arasında oyunları görürsüz.

İstənilən oyunda sürpriz nəticə qeydə alına bilər. Biz hər oyuna ciddi hazırlaşırıq, rəqiblərə hörmətlə yanaşırıq.

Mən harada işləmişəmsə, yüksək yerlər uğrunda mübarizə aparmışıq. «Mingəçevir»də də yeganə məqsədimiz budur.

Çempion olmaq istəyirik. Bu gün burada olan bütün futbolçularıma inanıram.

Sevinirəm ki, onlar da üzərlərinə düşən məsuliyyəti hiss edirlər».

Seçilən
24
sportinfo.az

1Mənbələr