AZ

Fərid Cəfərov: Builki Beynəlxalq Kitab Sərgisində 70 dən çox xarici nəşriyyatın iştirakı nəzərdə tutulub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Builki Bakı Beynəlxalq Kitab Sərgisi iştirakçı sayının çox olması səbəbindən daha geniş ərazidə təşkil olunub. İlk dəfə sərginin ekspozisiyaları milli və beynəlxalq salonlarda ayrı-ayrılıqda təqdim edilir.

Bunu XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.

“Builki sərgidə 120-dən artıq yerli və 70-dən çox xarici nəşriyyatın iştirakı nəzərdə tutulub. Bir həftə ərzində kitab təqdimatları, müxtəlif müzakirələr və konfranslar daxil olmaqla 250-dən çox tədbirin keçirilməsi planlaşdırılır”, – deyə F.Cəfərov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azertag.az

1Mənbələr