AZ

Plan belədir: onu Qəzzanın prezidenti etmək istəyirlər Fələstinli politoloqdan EKSKLÜZİV

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planını açıqlanıb. 20 bəndlik plana əsasən, Qəzzada döyüşlərin tamamilə dayandırılması və HƏMAS-ın əlində olan girovların 72 saat ərzində azad edilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, bölgənin keçid dövrü üçün xarici administrasiyaya verilməsi və bu müddət ərzində Qəzza sakinlərinə çıxış və geri qayıtmaq imkanı nəzərdə tutulur.

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampla keçirdiyi mətbuat konfransında onun planını dəstəklədiyini bildirib. Bununla belə, Netanyahu vurğulayıb ki, HƏMAS bu təklifi rədd edərsə və ya sabotaj edərsə, İsrail “işi özü bitirəcək”.

Trampın Qəzza planı bölgədə sülhü təmin edəcəkmi?

Fələstinli politoloq, Amerikanın Rutgers Universitetində Yaxın Şərq və siyasi elmlər üzrə tədqiqatçı Əbdül Həmid Siam Globalinfo.az-a açıqlamasında deyib ki, bu sülh planı deyil:

“Bu, bütün girovlar azad edildikdən sonra İsrailə tam sərbəst fəaliyyət imkanı vermək cəhdidir. Plana görə, İsrail Qəzzadan çəkilmir, cəbhə xətləri dəyişmir. Fələstinli əsirlərin sayı o qədər azdır ki, İsrail onları bir-bir təhvil verəcək.

Bu plana həmçinin hərbi cinayətkar və İsrailin güclü tərəfdarı olan Toni Bleyer də daxil olmaqla, Qəzzanın xarici vətəndaşlar tərəfindən idarə edilməsi daxildir.

Əbdül Həmid Siam

Türkiyə, İndoneziya, Misir və İordaniya kimi ölkələr fələstinlilərə yetərli dəstək göstərə bilmədikləri üçün bu planı qəbul etməyə meylli ola bilərlər. Bu səbəbdən, indi Trampı bu balanssız planı həyata keçirməyə inandırdıqlarını iddia etmələri mümkündür.

Faciə bundadır ki, fələstinlilərin manevr etmək imkanı çox deyil. Onlar ərəb, müsəlman ölkələrinin təzyiqi ilə bu planı qəbul etmək məcburiyyətində qala bilər”.

Xatırladaq ki, 8 ölkə (Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Misir) ABŞ Prezidenti Donald Trampın Qəzza planı ilə bağlı birgə bəyanata imza atıb. Sözügedən hərtərəfli razılaşma Qəzzaya adekvat humanitar yardımın fasiləsiz çatdırılmasını, fələstinlilərin köçürülməməsini, girovların azad edilməsini, Qəzzanın yenidən qurulmasını və iki dövlətli həll yoluna əsaslanan ədalətli sülh yolunun qurulmasını əhatə edir.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
globalinfo.az

1Mənbələr