AZ

Zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS 979:2025 (ГОСТ Р 71116-2023) "Qiymətli daşlar. Terminlər və təriflər", habelə AZS ISO 15096:2025 "Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu" yeni dövlət standartlarıdır. Bu dövlət standartlarının qəbul edilməsində məqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması və məhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir. AZS 979:2025 (ГОСТ Р 71116-2023) "Qiymətli daşlar. Terminlər və təriflər" dövlət standartı qiymətli daşların elmi, texniki və kommersiya sahələrində düzgün təsnifatını və kommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasının yaradılmasını nəzərdə tutur. AZS ISO 15096:2025 "Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu" dövlət standartı isə zərgərlik məmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlı şəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsvir edir. Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
8
azvision.az

9Mənbələr