AZ

Fransa ordusu əlavə “Albatros” patrul təyyarələri sifariş edib

Fransa Müdafiə Alma Agentliyi (DGA) Fransa Hərbi Dəniz Qüvvələri üçün əlavə beş Falcon 2000LXS “Albatros” təyyarəsi sifariş edib. Bununla da dəniz kəşfiyyat donanmasının sayı 12-yə çatacaq.

Herbiand.az bildirir ki, bu təyyarələr köhnəlmiş Falcon 50M və Falcon 200 Guardian-ı əvəz edəcək.

“Albatros”ların sınaq və sertifikatlaşdırmadan sonra 2026-cı ilin sonuna qədər ilkin əməliyyat qabiliyyətinə çatması planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
herbiand.az

1Mənbələr