Fransa Müdafiə Alma Agentliyi (DGA) Fransa Hərbi Dəniz Qüvvələri üçün əlavə beş Falcon 2000LXS “Albatros” təyyarəsi sifariş edib. Bununla da dəniz kəşfiyyat donanmasının sayı 12-yə çatacaq.
Herbiand.az bildirir ki, bu təyyarələr köhnəlmiş Falcon 50M və Falcon 200 Guardian-ı əvəz edəcək.
“Albatros”ların sınaq və sertifikatlaşdırmadan sonra 2026-cı ilin sonuna qədər ilkin əməliyyat qabiliyyətinə çatması planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ