AZ

“Günahsız körpə, bacım və biz əziyyət çəkirik Yazıçı “Məlhəm” hospitalından şikayətçidir

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Təxminən on gün öncə “Məlhəm” hospitalında bacım Gülənay Məmmədovanın ilk övladı dünyaya gəldi, amma həkim səhlənkarlığından uşaq problemli doğuldu. Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var”.

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Ulucay Akif “Facebook” hesabında yazıb.

O bildirib ki, kompyuter tomoqrafiyasının nəticələrinə görə körpənin həyatda qalması qeyri-mümkündür: “Bunu həm “Məlhəm” xəstəxanasının, həm də digər xəstəxanaların həkimləri deyir. Müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Yenə də Allahdan ümid kəsilməz deyib gözləyirik. Xəstəxana isə israrla bizə bu zülmü yaşadır. Marqarita pizza

Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədi ilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir.  Buna aid mesajlar da yazıb bacıma. Prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik”.

U.Akif qeyd edib ki, 8 aylıq hamiləlik dönəmində bacısı “Məlhəm” hospitalında və başqa xəstəxanalarda müayinələrdən keçib: “Məsələ ondadır ki, bacıma bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməmiş, ciyənin iki dəfə uşağın boynuna dolanması halı isə hələ doğuşdan uzun müddət əvvəl, daha dəqiq desək sentyabrın 3-də hamiləliyin ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğuşun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlanırmalı və ona mümkün riskləri izah etməli idi”.

Yazıçı dövlət qurumlarından məsələni obyektiv araşdırıb, qiymət verməyi xahiş edib:

“Uzun sözün qısası, hazırda “Məlhəm” hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız və çox ağrılı bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də. Aidiyyatı qurumlardan bu məsələnin tam araşdırılmasını, hüquqi yolla həlli nədirsə, edilməsini istəyirik”.

“Yeni Sabah” U.Akifin iddiaları ilə bağlı “Məlhəm” hospitalına sorğu ünvanlayıb. Tibb müəssisəsindən bildirilib ki, məsələyə telefon vasitəsi ilə münasibət bildirmirlər: “Bu gün jurnalistlər üçün brifinq təşkil edərək iddialara aydınlıq gətirəcəyik”.

Aytac Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
8
yenisabah.az

10Mənbələr