AZ

Moskva və Kiyevə eyni anda pis xəbər Təhlükə elan edildi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski artıq 7 gündür Zaporojye Atom Elektrik Stansiyasının fövqəladə vəziyyətdə olduğunu açıqlayıb. Prezident stansiya qurğularının Rusiyanın zərbələri nəticəsində elektrik şəbəkəsindən ayrıldığını və hazırda yalnız dizel generatorları ilə işlədiyini bildirib.

Zaporojyedəki vəziyyət Ukraynaya necə təsir göstərəcək? Xəbərdarlıq edildiyi kimi ciddi nəticələr ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Zaporojye Atom Elektrik Stansiyasının döyüş zonasında yerləşməsi uzun müddətdir təhlükə mənbəyi kimi göstərilir:

“Əslində, Rusiya bu stansiya vasitəsilə Ukraynanı, eyni zamanda Qərbi şantaj etməyi planlayırdı. Amma Zelenskinin də dediyi kimi orada yaşana biləcək texniki problemlər səbəbindən geniş ərazi üçün ciddi təhlükə ehtimalı var. Əgər belə bir hadisə baş verərsə, nəticədə rus ordusunun işğal altında saxladığı ərazilər, o cümlədən qondarma Luqansk və Donetsk respublikaları, ən əsası isə Rusiyanın öz əraziləri, yəni Rostov və digər vilayətlər ciddi zərər görər.

Elşən Mustafayev

Çünki Rusiyanın stansiyanın təhlükəsizliyini təmin etmək imkanları çox məhduddur. Ən əsası isə rus ordusunun indiyədək həmin əraziyə atdığı raketlərin bəziləri hədəfdən yayınaraq AES-in yaxınlığına düşüb. Bütün bu səbəblərə görə düşünürəm ki, yaxın günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ciddi fəaliyyətə başlayacaq və Rusiya ilə danışıqlarda stansiyanın müvəqqəti olaraq bu təşkilatın nəzarətinə verilməsi tələb ediləcək. Dünya dövlətləri də bu istiqamətdə fəaliyyətə başlaya bilər. Həmin stansiyada ciddi qəza meydana gələrsə, bu, nüvə silahı qədər təhlükəli və faciəvi nəticələrə gətirib çıxarar, nəticədə bundan Rusiya da ciddi zərər görəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
globalinfo.az

1Mənbələr