AZ

“Forsaj”ın ulduzu həbs ediləcək


Corciya ştatının Atlanta şəhərində “Forsaj” filmində Roman Pirs rolu ilə tanınan amerikalı aktyor və musiqiçi Tayris Qibson haqqında heyvanlara qarşı amansızlıqla bağlı həbs qərarı verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, 46 yaşlı aktyor dörd “kane korso” cinsli itindən birinin qonşusunun itini öldürməsi ilə bağlı insidentə görə həbs olunacaq.
Heyvanları Mühafizə Xidməti müəyyən edib ki, o, mütəmadi olaraq itlərin ərazidə nəzarətsiz gəzməsinə icazə verib.
Nəhayət, onlardan biri yerli sakinin Henri adlı beş yaşlı “spaniel” cinsli itinə hücum edib. Sahibi Henrini diş izləri ilə ölü vəziyyətdə tapıb.
Müşahidə kameralarının görüntülərində isə hadisədən bir neçə dəqiqə əvvəl Qibsonunbir neçə itinin qonşunun qapısını cırmaqladığı əks olunub.
Məlumata görə, bu hadisədən cəmi bir həftə əvvəl polisə Qibsonun itlərinin küçədə sahibsiz gəzməsi barədə ən azı beş şikayət daxil olub.
Seçilən
45
yeniavaz.com

1Mənbələr