AZ

Dörd rayonda qaz təchizatı dayandırılacaq

Sabah İmişli, Saatlı, Sabirabad və Biləsuvar rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə zərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 530/377/325 mm-lik “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı, 02.10.2025-ci il saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq.

Qeyd edilib ki, təmir işləri aparılan müddətdə İmişli rayonu tam olaraq (İmişli şəhəri daxil olmaqla, rayon üzrə 41 kənd, 2 qəsəbə, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd "Cəbrayıl Məcburi köçkünlər" qəsəbəsi, qeyri-yaşayış sahələri, cəmi: 28958 abonent), Saatlı rayonu tam olaraq (Saatlı şəhəri daxil olmaqla, rayon üzrə 33 kənd, 1 qəsəbə, qeyri-yaşayış sahələri, cəmi: 17352 abonent), Sabirabad rayonunun (Sabirabad şəhəri daxil olmaqla, rayon üzrə 36 kənd, qeyri-yaşayış sahələri, cəmi: 22912 abonent, rayon üzrə abonentlərin 70%-i) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Seçilən
15
34
ucnoqta.az

10Mənbələr