AZ

"Kızılcık Şerbeti"nin aktrisası "Eşref Rüya"da - FOTO

Türkiyənin "Kanal D" telekanalının reytinqləri alt-üst edən serialı "Eşref Rüya"nın heyətinə daha bir məşhur qatılıb.

"Cebheinfo.az" xəbər verir ki, tanınmış aktrisa Ebru Destan da iddialı layihədə rol alacaq.

O, ekran işində "Necla" obrazına həyat verəcək. Sözügedən obraz "Hıdır"ın bütün sirlərini bilən tək insan kimi izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, 48 yaşlı aktrisa karyerası ərzində "Hayat Bilgisi", "Aliye", "Yahşi Cazibe", "Cennetin Gözyaşları", "Arka Sokaklar" və "Kızılcık Şerbeti" kimi ölkəmizdə də izlənilən seriallarda rol alıb.

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr