AZ

Köhnə yol nişanları hüquqi qüvvəsini saxlayır – AYNA

BAKI, 1 oktyabr. TELEQRAF

Paytaxtın bir sıra küçə və prospektlərində, eləcə də magistral yollarda yeni yol nişanlarının quraşdırılması müşahidə olunur. Bu dəyişikliklər bəzi sürücülərdə çaşqınlıq yaratsa da, məsələ ilə bağlı rəsmi açıqlama verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə “Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər və onlardan istifadə qaydaları” ilə bağlı yeni dövlət standartları müəyyən edilib.

Bu səbəbdən küçə və prospektlərdə mövcud yol nişanlarının dəyişdirilməsi və yeni standartlara uyğunlaşdırılması prosesi davam etdirilir.

Qurum həmçinin qeyd edib ki, əvvəlcədən quraşdırılan nişanlar öz hüquqi qüvvəsini saxlayır və mərhələli şəkildə yeni nişanlarla əvəz olunacaq.

Seçilən
78
teleqraf.com

1Mənbələr