AZ

“Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində vacib rol oynayır”

Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan - İtaliya münasibətləri bəzi Avropa dövlətləri üçün nümunədir. Ölkələrimiz strateji tərəfdaşlardır. Cənab Prezidentimiz İlham Əliyevin və Prezident Sercio Mattarellanın mətbuata bəyanatlarında söylədikləri fikirlər qarşılıqlı münasibətlərin səviyyəsindən xəbər verir. Ölkələrimizin arasında ilk strateji tərəfdaşlıq sənədi 2015, ikincisi isə 2020-ci ildə imzalanıb”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, İtaliya Azərbaycanın xarici ticarətində birinci yeri tutur:

“2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin ümumi həcmi təxminən 8 milyard dollar təşkil edib. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində vacib rol oynayır. Azərbaycan neftinin İtaliyanın neft balansında birinci yerdə, qazının isə ikinci yerdə olması güclü tərəfdaşlığı, inam və etibarlılığı göstərir”. 

M.Qasımlının sözlərinə görə, əməkdaşlığın istiqamətlərindən biri də təhsildir:

“İtaliya-Azərbaycan Universitetinin qurulması münasibətlərin gələcəyinin təminatlarından biri olmaqla, universitetlər arasında əməkdaşlığa, tədqiqatlara kömək edəcəkdir. Tələbələr arasında dostluq ictimaiyyətin əlaqələrinə də təsir göstərəcəkdir. Mədəniyyət sahəsində də əməkdaşlıq genişlənəcəkdir. Prezident Sercio Mattarellanın dediyi aşağıdakı sözlər Azərbaycanın dünyadakı mühüm rolundan xəbər verir: “İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”. Bəli! Etibarlı tərəfdaş, dost, sözü və imzası eyni qüvvədə olan Azərbaycanla əməkdaşlıq edən dövlətlər yalnız fərəh hissi keçirə bilərlər”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
adalet.az

3Mənbələr