AZ

“Prezident dedi ki, bu sahədə səmərəlilik daha da artırılmalıdır”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Məlum olduğu kimi, bu gün 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev Prezidentin prokurorluq orqanlarının qarşısına qoyduğu tapşırıqlardan da söz açıb.

“İkinci dəfə baş prokuror təyin edildikdən sonra dövlət başçısı İlham Əliyev məni qəbul etdi. Prezident dedi ki, hüquq-mühafizə orqanlarında müsbət dəyişikliklər olmalı, səmərəlilik daha da artırılmalıdır. Burada həm bütün istintaq orqanlarında aparılan araşdırmalarda zəruri dəyişikliklərin həyata keçirilməsindən, həm də məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha səmərəli təşkilindən söhbət gedir”, - K.Əliyev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr