AZ

İrandan gələn çərəzlərdə bakteriya TƏHLÜKƏSİ – “Zəhərlənməyə səbəb ola bilər”

Kanada, sağlamlıq üçün ciddi risk yaradan salmonella bakteriyasına görə İrandan püstə idxalını rəsmi şəkildə dayandırıb. Azərbaycan bazarında İrandan gələn məhsulların, xüsusilə də çərəzlərin böyük paya sahib olduğunu nəzərə alsaq, riskləri gözdən qaçırmamaq vacibdir. Mütəxəssislər tədarükçüləri və istehlakçıları ehtiyatlı olmağa çağırır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, narahatlığa əsas yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Ətdən baha olan ÇƏRƏZLƏR – Saxlanma şəraitinə NƏZARƏT varmı?


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bəyan edib ki, ölkədə əmtəə bazarına gələn bütün məhsullar yoxlanılır:

“Ona görə də, Qida Təhlükəsizliyi Agentliyinin məlumatlarına əsaslanmalıyıq.  Düşünürəm ki, sözügedən qurum bunu nəzarət altında saxlayır. İstənilən halda təhlükə yaranarsa məsələyə müdaxilə edəcək”.

Ümumiyyətlə salmonella bakteriyası nədir?

İnsanlarda ciddi qida zəhərlənməsinə səbəb olan bakteriyadır. Bu bakteriya termal emaldan keçməmiş (qovrulmamış) çərəzlərdə, kifayət qədər gigiyenik olmayan istehsal və qablaşdırma proseslərində, nəmlik və temperaturun düzgün idarə olunmadığı yerlərdə çoxala bilir. İqlimə uyğun olmayan və ya düzgün saxlanmayan anbar və satış məntəqələrində çərəzlərdə bakteriya və ya kif inkişaf edə bilər.

Salmonella orqanizmə daxil olduqda zəhərlənmə şəklində özünü büruzə verir: qusma, ishal, qızdırma, qarın sancısı ilə müşaiyət olunur. Əlamətlər adətən bakteriya bədənə düşdükdən 6–72 saat sonra ortaya çıxır və bir neçə gün (adətən 4-7 gün) davam edə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
16
2
bizim.media

3Mənbələr