Rusiya hərbçilərinin işğal etdiyi Novaya Kaxovka şəhərinin deputatlar şurasının sədri Vladimir Leontyev Ukraynaya məxsus “Baba Yaqa” pilotsuz təyyarəsinin hücumu nəticəsində yaralanaraq ölüb.
Oktyabrın 1-də səhər saatlarında ilhaq edilmiş Xerson vilayətinin qubernatoru Vladimir Saldo Leontyevin xəstəxanada ağır vəziyyətdə olduğunu bildirmişdi.
Daha sonra o, Leontyevin ölümü barədə məlumat verdi.