AZ

Zelenski Kiyevdə II Yelizavetanın qızı ilə görüşdü - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Britaniya şahzadəsi, Kraliça II Yelizavetanın qızı Anna ilə görüşüb. 

Bu barədə o, “Telegram” kanalında yazıb.
 

“Böyük Britaniyanın Kral Şahzadəsi Anna ilə görüşdüm. Bu, Onun Ali Həzrətlərinin müstəqilliyimizdən sonra Ukraynaya ilk səfəridir və görüşümüzün Sofiya Kiyevskaya kimi tarixi bir məkanda baş tutması rəmzi məna daşıyır”, – Zelenski qeyd edib.


Görüş zamanı tərəflər Ukrayna uşaqlarının geri qaytarılması məsələsini, Ukrayna Silahlı Qüvvələri döyüşçülərinin reabilitasiyasını, eləcə də “tam ictimai reinteqrasiya üçün maneəsiz mühitin tətbiqi”ni müzakirə ediblər.

Bundan əvvəl, 30 sentyabrda Zelenski sanksiya siyasətinə dair iclas keçirib və Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib.

O, xatırladıb ki, təkcə sentyabr ayında Ukrayna “beş sanksiya qərarı” qəbul edib və həmçinin Böyük Britaniyanın sanksiyalarını öz yurisdiksiyasında sinxronlaşdırıb. Zelenskinin sözlərinə görə, Moskva əleyhinə müttəfiqlərin bütün sanksiya paketlərində Kiyevin təklifləri nəzərə alınıb.




Seçilən
8
1
news365.az

2Mənbələr