Xəbər verildiyi kimi Hollivudun ən məşhur cütlüklərindən olan Selena Gomez və Benny Blanko 27 sentyabr 2025-ci ildə Kaliforniyada yaxın dostları və ailəsinin qatıldığı özəl mərasimlə rəsmi olaraq nikah bağlayıblar.
Toyun hər detalı gizli saxlanılsa da, məşhur müğənni toydan sonrakı sevincini sosial şəbəkədə izləyiciləri ilə bölüşərək, "Həyatımın ən özəl gününü ürəyimin sahibi ilə keçirdim.
Hər zaman yanımda olan hər kəsə təşəkkür edirəm" sözlərini yazıb.
Əvvəlcə 23 milyondan çox bəyənmə alan Gomez, daha sonra toydan səmimi və təbii kadrları təqdim edib. Yeni paylaşılan fotolarda toy tortunun nəfis dizaynı və cütlüyün xoşbəxtliyi də diqqət çəkib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta