AZ

Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

Bakı. Trend:

Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan“INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “PaşaHolding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu iləuğurla başa çatdı. 29-30 sentyabr 2025-ci il tarixlərində baş tutantədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandanolan korporasiyalar, investorlar, startaplar və ekosistemoyunçularını bir araya gətirərək regional innovasiya mühiti üçünəhəmiyyətli platforma oldu.

Sammitin açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarovvə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev çıxışetdilər. Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişafyolları açdığını vurğulayaraq son 20 ildə Azərbaycana cəlb edilən344 milyard dollardan çox sərmayənin 210 milyard dollardan çoxununqeyri-neft sektoruna yönəldiyini vurğuladı. “Paşa Holding”in Başİcraçı direktoru Cəlal Qasımov isə tədbiri Mərkəzi Avrasiyanınaparıcı innovasiya forumu adlandıraraq onun regional əhəmiyyətiniqeyd etdi.

5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıqvençur fondun qatıldığı tədbirdə “Pixar”ın qurucusu Edwin Catmull,“OpenAI”ın keçmiş “Go-To-Market” rəhbəri Zack Kass və Harvardprofessoru Tarun Khanna kimi qlobal liderlər panel müzakirələrindəiştirak etdilər.

Qeyd edək ki, Bir ekosistemi sammitdə öz brendləri olan Birbank,Birmarket, m10 və Trendyol Azərbaycan ilə təmsil olundu. Tədbirçərçivəsində Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov“Keçiddən transformasiyaya: İnnovasiya və inkişaf üçün institutlarquran liderlərin yetişdirilməsi” (From Transition toTransformation: Developing Leaders Who Build Institutions forInnovation and Growth) adlı panel müzakirəsində çıxış etdi.Müzakirədə liderlərin üzləşdiyi çətinliklər və davamlı öyrənməninzərurəti vurğulandı. O, həmçinin “Şirkətlər liderlər yaradır, yoxsaliderlər şirkətləri formalaşdırır?” sualına toxunaraq bumünasibətin dinamik və ikitərəfli bir proses olduğunu ifadəetdi.

Birbank-ın Baş İcraçı direktoru Fərid Hüseynov da tədbirin ilkgünündə “Bankçılıqdan daha çoxu: İnkişaf edən fintex ekosistemininformalaşdırılması” (Beyond the bank: Growing a thriving fintechecosystem) adlı panel müzakirəsində iştirak etdi. O, bankçılığıngələcəyi, fintex ekosisteminin inkişafı və rəqəmsaltransformasiyanın vacibliyi barədə dəyərli fikirlərini bölüşdü.

Tədbir iştirakçılar üçün qazanılan biliklər, fikir mübadiləsi,yeni tanışlıqlarla yadda qaldı.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket,m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eynizamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi stratejitərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir,həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsindəmüştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QRödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditlialış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları iləödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçihəllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsaskonsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kreditplatforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəlivə təhlükəsiz xidmət təqdim edir.

Məqalədə:
Seçilən
9
27
az.trend.az

10Mənbələr