AZ

“Gəlin səhər 5-də yatır, oyun oynayır”

"Gəlnimiz oyanana qədər ev də təmizlənir, yeməklər də hazırlanır. Onun işi yalnız səhər yuxudan oyanmaq qardaşıma çay, kofe verib evdən çıxmaqdır".

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Rəngarəng" verilişində deyib. O, proqrama qardaşı Tural və gəlinləri Zümrüdlə birgə qatılıb.
"Cavandırlar, qoy, kef etsinlər, gəzsinlər. Allah anamın canını sağ etsin, ona dəyməsin. Anam özü istəyir ki, bunları etsin. Deyir, "Yazıqdır, qoy, gəlin yatsın". Mən gəlinimizə nəyi necə et demişəmsə, ancaq "baş üstə" deyib, ikinci bir söz eşitməmişəm. Gəlin səhər 5-də yatır, oyun oynayır. Gərək vaxtında yatsın ki, səhər oyana bilsin" deyə, Xatirə açıqlamasında deyib./Axşam.az 

Seçilən
3
6
yenilik.az

8Mənbələr