AZ

ABŞ nin Azərbaycandakı səfirliyindən xəbərdarlıq Sosial media yenilənmələri müvəqqəti dayandırılır

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-nin Azərbaycandakı səfirliyi bildirir ki, hökumətin maliyyələşməsinin dayandırılması səbəbindən səfirliyin “Facebook” sosial media hesabında mütəmadi yenilənmələr tam fəaliyyət bərpa olunana qədər aparılmayacaq. İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir.

Səfirlik qeyd edir ki, ABŞ-də və xaricdəki səfirliklər və konsulluqlar tərəfindən planlaşdırılmış pasport və viza tranzit xidmətləri, maliyyələşmənin dayandırıldığı müddətdə də imkan daxilində davam etdiriləcək.

Sosial media hesablarında yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisna təşkil edir.

ABŞ-nin Azərbaycandakı səfirliyi xidmətlər və fəaliyyətin cari statusu ilə bağlı ən son məlumatları izləmək üçün travel.state.gov saytına daxil olunmasını tövsiyə edir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
azpolitika.info

1Mənbələr