AZ

Avropa Komissiyası Ukraynaya 4 milyard avro yardım ayırıb

Avropa Komissiyası Ukraynaya 4 milyard avro dəyərində makromaliyyə yardımının doqquzuncu tranşını ayırıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

“Avropa Komissiyası Ukraynaya 4 milyard avro həcmində fövqəladə makromaliyyə yardımının doqquzuncu tranşını ayırıb və bu, Aİ-nin Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bəri ən böyük donor kimi rolunu daha da gücləndirib və ümumi dəstəyin həcmi 178 milyard avroya yaxınlaşıb”, - deyə vurğulanıb.

Qeyd olunub ki, bu dəstək Ukraynaya artan maliyyə ehtiyaclarını, xüsusən də müdafiə sektorunda ödəməyə kömək edəcək. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
27
missiya.az

1Mənbələr