AZ

İsrail Qəzza sakinlərinə son şans verir

İsrail müdafiə naziri İsrael Katsın sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin tam mühasirəsinə yaxınlaşır, – xəbər verir Times of Israel. Onun bildirdiyinə görə, hazırda İsrail Müdafiə Ordusu Qəzza şəhərinin cənubunda, Nətsarim dəhlizinin qərb hissəsini sahilə qədər ələ keçirərək, “Qəzzanı şimal və cənub hissələrinə ayırır”.

Kats deyib: “Bu, Qəzza şəhəri ətrafında mühasirə halqasını gücləndirəcək və şəhərdən cənuba gedən hər kəs İsrail ordusunun nəzarət-keçid məntəqələrindən keçməli olacaq”.

Bundan əvvəl ordu Qəzzada Raşid sahil yolunun günortadan etibarən şəhərin şimalına – Qəzza istiqamətinə hərəkət üçün bağlanacağını elan etmişdi.

Müdafiə naziri əlavə edib: “Bu, Qəzza sakinləri üçün son şansdır. Cənuba köçmək istəyənlər bunu edə bilərlər və HƏMAS terrorçuları şəhərdə təcrid olunmuş vəziyyətdə qalacaqlar. İsrail Müdafiə Ordusunun tam gücü ilə davam edən əməliyyatları qarşısında onların taleyi həll olunacaq”.

Onun sözlərinə görə, Qəzzada qalanlar “terrorçular və terrorun tərəfdarları” hesab olunacaqlar.

Kats vurğulayıb ki, “İsrail Müdafiə Ordusu bütün mümkün ssenarilərə hazırdır və əməliyyatları girovların azad olunmasına və HƏMAS-ın silahsızlaşdırılmasına qədər davam etdirməkdə qərarlıdır. Bu isə müharibənin dayandırılması istiqamətində atılan əsas addımdır”.

Seçilən
30
veteninfo.az

1Mənbələr