Olaylar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə deyib.
XİN rəsmisi qeyd edib ki, forum BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramıdır: "Burada beş Mərkəzi Asiya ölkəsi və Azərbaycan iştirak edir. COP29 çərçivəsində şəhərlərin çoxsaylı niyyət bəyanatları imzalanıb və bu forumun yaradılması razılaşdırılıb. Məqsəd - SPECA çərçivəsində iqlimə həssas, ağıllı şəhərlər forumu yaratmaqdır", - deyə E. Məmmədov vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31