AZ

Bakıda qıza görə dava: Kirayənişin evində bıçaqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Rayonun evlərindən birində kirayə yaşayan Teymur Xudatov həmin küçədə bir xanımla sevgili olub. Bir müddət sonra Teymur işi ilə əlaqədar müvəqqəti olaraq başqa əraziyə köçüb və 6 ay həmin evdə yaşamayıb. O, 6 aydan sonra kirayə qaldığı evə qayıdarkən yolda sevgilisi ilə görüşüb. Sevgilisi ona bildirib ki, onunla eyni həyətdə kirayə yaşayan Həsən adlı şəxs onu narahat edir. Teymur yaşadığı həyətə gəlib və orada kirayə yaşayan Həsənə bildirib ki, həmin xanım onun sevgilisidir, onunla işi olmasın. Həsən isə bildirib ki, o, həmin xanımı tanımır və onunla heç bir münasibəti yoxdur.
Hadisədən 3 gün sonra Teymur gecə saat 4 radələrində kirayə qaldığı evin həyətinə çıxaraq Həsəni çağırıb. Həsən həyətə çıxanda, Teymur ondan evin sahibini soruşub. Həsən isə ev sahibini görmədiyini bildirib. Teymur Həsəndən siqaret istəyib. Həsən ona siqaret vermək üçün otağa daxil olanda, Teymur da onun arxasınca otağa keçib. Həsən ona siqaret vermək istəyərkən, Teymur əlindəki alışqanı bilərəkdən yerə atıb. Həsən alışqanın təsadüfən düşdüyünü zəng edərək əyilib yerdən həmin götürmək istəyib. Elə bu vaxt Teymur əlindəki bıçaqla Həsənin əvvəlcə kürəyinə, daha sonra isə qarın nahiyəsinə 4 zərbə endirib. Həsən təpiklə Teymuru vurub əlindəki bıçağı yerə salıb, dərhal otaqdan çıxaraq qapını bağlayıb. Teymur isə otaqda bağlı qapı arxasında qalıb.
Həsən hadisə barədə ev sahibinə məlumat verib və Teymuru bağlı qapı arxasında saxladığını deyib.
Ev sahibi hadisə yerinə gələrək qapını açanda Teymur evdən çıxıb qaçıb.
Həsən xəstəxanaya yerləşdirilib, hadisə barədə polisə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Teymur Xudatov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Xudatov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Samir Əli
Seçilən
10
6
oxu.az

7Mənbələr