AZ

Ərdoğan xəbərdarlıq etdi: Təklifimiz cavabsız qalsa...

“Türkiyə bundan sonra da Suriyada sabitliyin və onun birliyinin pozulmasına, orada terrorçu qurumların yaranmasına imkan verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyanın parçalanması ilə bağlı istənilən söhbətə qətiyyətlə qarşıyıq. Suriyanın ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərimiz ətrafında istənilən terror təşkilatının yaranmasının qarşısının alınması prioritetlərimizdir. Bu məqsədlərə çatmaq üçün bütün diplomatik kanalları cəlb etmişik. Bu kanallardan səbirlə, səmimi və sağlam düşüncə ilə istifadə edirik. Diplomatik təkliflər cavabsız qalsa, Türkiyənin mövqeyi və atacağı addımları bəllidir. Türkiyə Suriyadakı dejavu vəziyyətinin təkrarlanmasına imkan verməyəcək”, - prezident bildirib.
Seçilən
11
2
sherg.az

3Mənbələr