AZ

Bakıda "D-8 İqlim və Şəhərlər Dialoqu" keçiriləcək

Oktyabrın 13-17-də Bakıda yüksək səviyyəli "D-8 İqlim və Şəhərlər Dialoqu" keçiriləcək.

Musavat.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

XİN rəsmisinin sözlərinə görə, iqlim və şəhərsalma nazirləri, komissiyalar və şəhər merləri ilk dəfə olaraq bu formatda bir araya gətiriləcək.

““D-8” in 2020–2030-cu illəri əhatə edən 10 illik inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri qiymətləndiriləcək”, - deyə XİN rəsmisi əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
19
8
musavat.com

10Mənbələr