AZ

"Liverpul" "Real Madrid"in maraqlandığı müdafiəçi ilə bağlı qərarını verdi

İngiltərənin "Liverpul" klubunun rəhbərliyi komandanın müdafiəçisi İbrahima Konate ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" nəşri yayıb.

Mənbə "qırmızılar"ın "Real Madrid"in maraqlandığı arxa xətt oyunçusuna yeni müqavilə təklif edəcəklərini vurğulayıb. Məlumata görə, hazırda "Liverpul"un nümayəndələri İbrahimanın agentləri ilə danışıq aparılırlar. 

Qeyd edək ki, Konate cari mövsüm bütün turnirlərdə 9 matça çıxıb. Onun İngiltərə nəhəngi ilə indiki sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Nihat

Seçilən
51
fanat.az

1Mənbələr