Demokrat.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma park barədə məlumat verib.
Bildirilib ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.
Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.
Yeni park isə paytaxtın "yaşıl xəritəsi"nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.












10Mənbələr
-
news24.azİlham Əliyev və birinci xanım yeni parkın açılışında - FOTO ( 21934843)
-
leqal.infoPrezident və birinci xanım Nərimanovda yeni parkın açılışında iştirak ediblər ( 21948847)
-
oxumeni.azPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər ( 21944614)
-
dogru.azPrezident və birinci xanım Nərimanovdakı yeni parkın açılışında – FOTO ( 21944587)
-
demokrat.azİlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib — FOTOLAR ( 21941896)
-
xezernews.azPrezident və birinci xanım yeni parkın açılışında... - FOTO ( 21941473)
-
onn.azPrezident və xanımı yeni parkın açılışında... ( 21941236)
-
yenilik.azİlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib ( 21938995)
-
azerbaijan-news.azPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər ( 21938533)
-
baki-xeber.comBakının Nərimanov rayonunda salınan yeni parkın açılışı oldu - FOTO ( 21937825)