AZ

Evakuator üzərində olan avtomobillə birlikdə AŞDI

 

"Sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 07:50-də Bakı-Qazax yolunun 188-ci km-də, üzü Qazax istiqamətində baş verib".

 

Sitat.info xəbər verir ki, Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

 

"Xəyal İdris oğlu İsmayılov 99-TC-021 dövlət nömrə nişanlı evakuatorla manevr edərkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Evakuatorun üzərində olan 10-SL-683 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil də yüklü olub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.

Seçilən
23
1
sitat.info

2Mənbələr